“Qarabağ Azərbaycandır!” – Lavrov bəyan etdi

“Nikol Paşinyan özü etiraf edib ki, Qarabağ Azərbaycandır və bu mövqe Azərbaycan prezidenti İlham Əliyevlə imzaladığı rəsmi sənəddə qeyd olunub”.

Globalinfo.az xəbər verir ki, bu  sözləri BMT Baş Assambleyasının yekunlarına dair mətbuat konfransında Rusiyanın xarici işlər naziri Sergey Lavrov deyib.

“Ermənistanın baş naziri Nikol Paşinyan və Azərbaycan Prezidenti İlham Əliyevin 1991-ci il sərhədləri çərçivəsində bir-birlərinin ərazi bütövlüyünü tanımaları barədə sənəd imzaladıqdan sonra bu, Qarabağın sadəcə Azərbaycan olduğunu göstərir”, – deyə Lavrov vurğulayıb.

Lavrov bildirib ki, Avropa İttifaqının təşəbbüsü ilə baş tutan bu danışıqlarda milli azlıq kimi Qarabağ ermənilərinin hüquqlarının təmin edilməsi qeyd olunmalı idi.

Globalinfo.az