Qarabag fk

Futbol üzrə Azərbaycan Kubokunun qalibi müəyyənləşib.

Globalinfo.azın məlumatına görə, həlledici final matçında “Qarabağ” və “Zirə” komandaları üz-üzə gəliblər.

“Liv Bona Dea Arena”dakı qarşılaşma Ağdam təmsilçisinin qələbəsi bitib – 2:1.

“Köhlən atlar”ın heyətində 42-ci dəqiqədə Olavio Juninyo, 62-ci dəqiqədə Abdullah Zubir fərqlənib. “Zirə”də İsmayıl İbrahimli 57-ci dəqiqədə adını tabloya yazdırıb.

Beləliklə, “Qarabağ” səkkizinci dəfə ölkə kubokunda qızıl medallara sahib çıxıb.

Cari mövsüm Azərbaycan Premyer Liqasının da qalibi olan komanda mövsümü “qızıl dubl”la başa vurub.

c38e575a ece6 329f 99f3 126ef2ec045e b3f92ab4 2cf1 346a bc3c f9ea53fd0306

Paylaş: