“Qarabağ” Azərbaycan Kubokunun finalında

Futbol üzrə Azərbaycan Kubokunda ikinci finalçı müəyyənləşib.

Cavab matçında “Qarabağ” “Neftçi”ni sınağa çəkib. Qarşılaşma Ağdam təmsilçisinin qələbəsi ilə bitib – 4:1.

İlk matçda da rəqibini dörd qolla üstələyən “Qarabağ” finala vəsiqə qazanıb.

Ölkə çempionu iyunun 2-də həlledici görüşdə “Zirə” ilə üz-üzə gələcək.

***

Futbol üzrə Azərbaycan Kubokunda ilk finalçı müəyyənləşib.

Globalinfo.az xəbər verir ki, yarımfinalın ilk cavab matçında “Qəbələ” öz meydanında “Zirə”ni qəbul edib.

Qarşılaşma paytaxt klubunun qələbəsi ilə bitib – 2:0.

İlk görüşdə rəqibini 2:1 hesabı ilə üstələyən “Zirə” finala yüksəlib.

Qeyd edək ki, yarımfinalın ikinci cavab oyununda “Qarabağ” “Neftçi” ilə üz-üzə gələcək. Görüş bu gün, saat 20:00-da başlayacaq. İlk oyunda “Qarabağ” 4 cavabsız qolla qalib gəlib.