“Qarabağ” Azərbaycanın xal ehtiyatını artırdı

Azərbaycan UEFA reytinqində 2022/23 mövsümü üçün xal ehtiyatını artırıb.

Globalinfo.az bildirir ki, “Qafqazinfo”nun xəbərinə görə, bu, “Qarabağ”ın Avropa Liqasının qrup mərhələsinin 2-ci turunda Fransanın “Nant” komandası üzərində 3:0 hesablı ev qələbəsi sayəsində mümkün olub.

Bu nəticə hazırda avrokuboklarda bir komanda ilə təmsil olunan ölkəmizin aktivinə daha 0.500 xal gətirib. Bu mövsüm üzrə xal sayını 2.500-ə, son 5 mövsümdə isə 15.125-ə çatdıran Azərbaycanın 29-cu pillədəki mövqeyi dəyişməyib. 28-ci yerdəki Slovakiyanın 17.000 xalı var. Azərbaycanı isə 12.625 xalı olan Qazaxıstan izləyir.

Siyahıya 91.570 xalı olan İngiltərə başçılıq edir. İspaniya (81.998) ikinci, Almaniya (70.106) üçüncüdür.