Əlavə edilmiş vaxtda (90+4) oyunun son saniyələrində Bəhlul Mustafazadənin dəqiq zərbəsi ilə “Qarabağ” oyunda beşinci qola imza ataraq qarşılaşmadan qalib kimi ayrılıb.
“Qarabağ” 3 – 2 “Ayntraxt”
Qeyd edək ki, bu qələbə ilə “Qarabağ” xal sayını 10-a çatdırıraq növbəti mərhələyə çıxmaq şansını davam etdirir.
***
“Qarabağ” hesabı bərabərləşdi.
Globalinfo.az xəbər verir ki, 80-ci dəqiqədə Kamilo Duranın növbəti qolu rəqiblə hesabımızı bərabərə çatdırıb.
***23:25
“Qarabağ” – “Ayntraxt” qarşılaşmasında üçüncü qol vurulub.
Globalinfo.az xəbər verir ki, 78-ci dəqiqədə rəqib qapımıza təyin olunan penaltidən maksimum yararlanaraq hesabı 2-1-ə yüksəldib.
***23:08
“Qarabağ” – “Ayntraxt” qarşılaşmasında ikinci hissə start götürüb.
***22:34
“Qarabağ” – “Ayntraxt” qarşılaşmasında birinci hissə başa çatıb.
***22:00
“Ayntraxt” hesabı bərabərləşdi.
Globalinfo.az xəbər verir ki, 10-cu dəqiqədə Can Uzunun qolu hesab arasındakı fərqi sıfıra endirib.
***21:53
“Qarabağ” – “Ayntraxt” qarşılaşmasında hesab açılıb.
Globalinfo.az xəbər verir ki, oyunun 4-cü dəqiqəsində Kamilo Duran ilk qola imza atıb.
“Qarabağ” 1 – 0 “Ayntraxt”
***21:45
Çempionlar Liqasının əsas mərhələsinin yeddinci turunda “Qarabağ” FK Almaniyanın “Ayntraxt” klubu ilə qarşılaşır.
Globalinfo.az xəbər verir ki, oyun Tofiq Bəhramov adına Respublika Stadionunda keçirilir.
Xatırladaq ki, daha əvvəl təmsilçilərimiz 6 oyun keçiriblər. Onlardan ikisi qələbə, üçü məğlubiyyət, biri isə bərabər hesabla yekunlaşıb.