“Qarabağ” – “Ayaks” qarşılaşması rəqib komandanın qələbəsi ilə başa çatıb.
“Qarabağ” 2 – 4 “Ayaks”
***
Hesab arasındakı fərq kəskin artıb.
Globalinfo.az xəbər verir ki, “Ayaks”ın oyunçusu Oskar Qlox (90`) dördüncü qolu vuraraq hesab arasındakı fərqi 2-yə qaldırıb.
***23:24
“Ayaks” üçüncü qolunu vurub.
Globalinfo.az xəbər verir ki, Anton Qaey (83`) üçüncü qolu vurmaqla komandasını hesabda irəli aparıb.
***23:20
“Qarabağ” və “Ayaks” qarşılaşmasında hesab yenidən bərabərləşib.
Globalinfo.az xəbər verir ki, oyunun dördüncü, rəqib komandanın isə ikinci qoluna Oskar Qlox (79`) imza atıb.
Qeyd edək ki, bu onun Çempionlar Liqasında ilk qoludur.
***22:48
“Qarabağ” oyunun ikinci hissəsinə qolla başlayıb.
Globalinfo.az xəbər verir ki, komandamızın ikinci qolunun müəllifi 47-ci dəqiqədə Mateus Silva olub.
***
Oyunda ilk hissə başa çatıb.
Globalinfo.az xəbər verir ki, komandalar fasiləyə bərabər hesabla çıxıblar.
“Qarabağ” 1 – 1 “Ayaks”
***22:27
“Qarabağ” – “Ayaks” qarşılaşmasında ikinci qol vurulub.
Globalinfo.az xəbər verir ki, oyunun 39-cu dəqiqəsində Kasper Dolberq hesabı bərabərləşdirib.
***21:55
“Qarabağ” oyunda ilk qola imza atıb.
Globalinfo.az xəbər verir ki, 10-cu dəqiqədə Kamilo Duran rəqib qapısından qol keçirib.
***21:45
“Qarabağ” UEFA Çempionlar Liqasının əsas mərhələsində Niderlandın “Ayaks” klubu ilə üz-üzə gəlir.
Globalinfo.az bildirir ki, Liqa mərhələsinin VI turunun oyunu Tofiq Bəhramov adına Respublika stadionunda keçirilir.
Qeyd edək ki, Azərbaycan klubu hazırda turnir cədvəlində 7 xalla 21-ci pillədə qərarlaşıb. Əvvəlki beş qarşılaşmanın hamısında məğlub olan qonaqlar sıfır xalla sonuncu-36-cı sıradadır.