qarabag konfrans yeni

Günün digər qarşılaşmasında “Sumqayıt” “Araz-Naxçıvan”ı qəbul edib.

Globalinfo.az xəbər verir ki, Sumqayıtdakı qarşılaşmada meydan sahibləri 2:0 hesablı qələbə qazanıblar.

Bu nəticədən sonra xallarının sayını 18-ə çatdıran “Sumqayıt” 5-ci pilləyə yüksəlib. Naxçıvan təmsilçisi 20 xalla dördüncüdür.

***

Futbol üzrə Azərbaycan Premyer Liqasında XII turun daha bir qarşılaşması baş tutub.

Globalinfo.az xəbər verir ki, “Qarabağ” öz meydanında “Kəpəz”i qəbul edib.

Tofiq Bəhramov adına Respublika stadionunda reallaşan qarşılaşma Ağdam təmsilçisinin 7:1 hesablı qələbəsi ilə başa çatıb.

Meydan sahiblərinin qollarını 2, 15 və 43-cü dəqiqələrdə Yassin Benzia, 13-cü və 51-ci dəqiqədə Leandro Andrade, 37-ci dəqiqədə Olavio Juninyo, 63-cü dəqiqədə Nəriman Axundzadə vurub. Qonaqların heyətində isə 18-ci dəqiqədə Adama Niane fərqlənib.

Bu nəticədən sonra xallarının sayını 23-ə çatdıran “Qarabağ” liderliyə yüksəlib. “Kəpəz” 6 xalla sonuncudur.

Qeyd edək ki, günün digər görüşündə “Sumqayıt” “Araz-Naxçıvan”ı qəbul edəcək. “Qəbələ” – “Neftçi” və “Sabah” – “Zirə” oyunları isə noyabrın 5-də gerçəkləşəcək.

Ötən gün “Səbail” evdə “Turan Tovuz”a 2:1 hesabı ilə qalib gəlib.

Paylaş: