“Qarabağ” 11-ci dəfə Azərbaycan çempionu oldu

Bu gün Misli Premyer Liqasında 28-ci tura start verilib.

Globalinfo.az xəbər verir ki, ilk gündə 2 matç keçiriləcək. 3-cü yerdəki “Neftçi” autsayder “Qəbələ”nin qonağı olub. Görüş “Neftçi”nin 1:0 hesablı qələbəsi ilə yekunlaşıb. Bununla da “Neftçi” xallarının sayını 43-ə çatdırıb və 2-ci pilləyə yüksəlib.

Digər oyunda “Qarabağ” Tofiq Bəhramov adına Respublika Stadionunda “Kəpəz”lə qarşılaşıb. Ağdam təmsilçisi rəqibini 6:1 hesabı ilə məğlub edib. Bununla da “Qarabağ” xallarının sayını 69-a çatdırıb. Nəticədə “Qarabağ” son 8 turun nəticəsindən asılı olmayaraq, tarixində 11-ci dəfə Azərbaycan çempionu olub.

Qeyd edək ki, 28-ci tura 30 və 31 mart tarixlərində keçiriləcək oyunlara yekun vurulacaq.