26WfDT2Rq21wT0iN53DyI9Mv0s01O50DE1X6DaXn 1200

Ölkə ərazisində davam edən qeyri-sabit hava şəraiti avtomobillərin hərəkətində çətinliklər yaradır.

Globalinfo.az Oxu.az-a istinadən xəbər verir ki, gecə saatlarından etibarən aramsız yağan qar yolların buz bağlamasına səbəb olub.

Hazırda Bakı-Şamaxı-Yevlax avtomobil yolunda, İsmayıllıda, Laçının Sus kəndi ərazisində, Lerikin Şingədulan kəndində yollar buz bağlayıb.

Həmin ərazilərdə hərəkətdə olan nəqliyyat vasitələri ciddi çətinliklərlə üzləşirlər.

Paylaş: