Qaqarinin “Şəxsi iş”indən xəbər var

“Roskosmos” dünyanın ilk kosmonavtı Yuri Qaqarinin Kosmonavtların Hazırlanması Mərkəzinin arxivində saxlanılan şəxsi işinin məxfiliyinin açılması təşəbbüsü ilə çıxış edib.

Globalinfo.az Modern.az xəbər verir ki, hələ bu ilin sentyabrında “Roskosmos”un təşəbbüsü ilə “Qaqarinin şəxsi işi” məxfilikdən çıxarılıb və indi artıq tədqiqatçıların ixtiyarına verilib.

“Şəxsi iş”ə Qaqarinin anket məlumatları, Sovet Ordusunda həqiqi hərbi xidmət keçməsi haqda ətraflı bilgilər, tələbəlikdən pilot-mühəndis-kosmonavta qədər keçdiyi yolla bağlı materiallar, ailə vəziyyətinə dair açıqlanmamış informasiyalar, təhsil yeri, hərbi xidmətlə bağlı xüsusiyyətləri və digər sənədlər daxildir.

“Şəxsi iş”də müxtəlif internet portallarının Qaqarinin eniş zamanı pis pilot texnikasına görə birinci kursdan sonra aviasiya məktəbindən xaric edilməsinin istənildiyi barədə fərziyyələrin təkzibi də var.