“Qanunsuzluğun yeni dövrü başlayıb” – Annalena Berbok

AA 20250301 37209728 37209716 ALMANYA DISISLERI BAKANI ANNALENA BAERBOCK scaled
Qanunsuzluğun yeni dövrü başlayıb.

Globalinfo.az xəbər verir ki, bunu Almaniyanın xarici işlər naziri Annalena Berbok deyib.

“Ukraynaya qarşı bu müharibədə kimin qəddar təcavüzkar. Kimin qəhrəman müdafiəçi, kimin cinayətkar, kimin isə qurban olduğu şübhəsiz göz önündədir. Düşmənə qarşı şübhə olmamalıdır. O, Kremldə əyləşib”, – Berbok əlavə edib.

Bundan başqa, o, Avropanın və Almaniyanın Ukraynaya yardımı artırmasının vacibliyindən danışıb. Onun tələbi bir neçə maddədən ibarət olub:

Bundestaq bloklanmış 3 milyard avronu dərhal ayırmalıdır.

Avropa İttifaqının növbəti sammitində Ukrayna üçün “hərtərəfli Avropa maliyyə paketi” yaradılmalıdır.

Avropa Şurası ümumi Avropa müdafiə imkanlarına böyük investisiyalar barədə qərar verməlidir.

Aysel Əliyeva
Globalinfo.az