Türkiyəli məşhur komediyaçı və aktyor Cem Yılmaz səhhətində yaranan problem səbəbilə xəstəxanaya yerləşdirilməsindən sonra vəziyyəti barədə açıqlama verib.
Globalinfo.az xəbər verir ki, aktyor sosial media hesabında xəstəxanadan fotosunu paylaşaraq səhhətinin hazırda yaxşı olduğunu bildirib.
Cem Yılmaz qeyd edib ki, “Gora” filminin çəkilişləri başa çatdıqdan sonra özünü pis hiss etməyə başlayıb. Onun sözlərinə görə, çəkiliş zamanı yorğunluğunu hiss etdirməsə də, sonradan bədənində güclü ağrılar yaranıb.
Aktyor dünən sinə və kürək nahiyəsində kəskin ağrılar hiss etdiyini, buna görə də xəstəxanaya müraciət etdiyini bildirib. O, vaxtında tibbi yardım almasının vacibliyini vurğulayıb.
Cem Yılmaz ona görə narahat olan, vəziyyətini soruşan və xəstəxanada ziyarətinə gələn hər kəsə təşəkkür edib. Türkiyənin səhiyyə nazirinin də ona “keçmiş olsun” mesajı göndərdiyini açıqlayıb.
Həkimlərin ona bir müddət stressdən uzaq qalmağı tövsiyə etdiyini deyən aktyor bu məsləhətə zarafatla yanaşıb. O, sosial şəbəkələrdə həyat tərzi, görünüşü və saç düzümü ilə bağlı yazılan bəzi şərhlərə də ironik münasibət bildirib.
“Ümumilikdə çətin bir gün idi. Məni düşünən hər kəsə yenidən təşəkkür edirəm. Sağlam qalın, inşallah”, – deyə Cem Yılmaz paylaşımında bildirib.
Tahir Turan