Qalmaqallı axund işdən çıxarılıb? – Özü danışdı

Neftçala rayonunun axundu Cəfər Cəfərov işdən çıxarılıb.

Globalinfo.az bakupost.az-a istinadən xəbər verir ki, o, işində yol verdiyi nöqsanlara görə vəzifəsindən azad olunub.

Qeyd edək ki, Hacı Cəfər Cəfərov keçən ilin sentyabrında Neftçalaya axund təyin olunmuşdu.

Onun təyinatı rayonda narazılıqla qarşılanmışdı.

Hacı Cəfər Cəfərov saytımızla əlaqə saxlayaraq xəbərə aydınlıq gətirib:

“Neftaçalada axund vəzifəsindən öz istəyimlə ayrılmışam. İşimdəki nöqsanlara görə işdən çıxarılmamışam. Təhsilimə görə işdən ayrıldım.

Bu il Azərbaycan İlahiyyat Universiteti Dinin psixologiyası fakültəsi magistr pilləsinə qəbul olduğum üçün işdən ayrılmalı oldum.

Gələn həftə Bakıdakı məscidlərdən birinə təyinatım olacaq”.