Qallantdan “Hizbullah”a xəbərdarlıq: “Güc yolu ilə…”

Nə qədər ki, cənubda müharibə davam edəcək, şimalda da münaqişələr olacaq.

Globalinfo.az Axar.az-a istinadən xəbər verir ki, bunu İsrail müdafiə naziri Yoav Qallant Livanla sərhəddə xidmət edən hərbçilərlə görüşündə deyib.

“Hizbullah”la bölgədəki İsrail vətəndaşlarının təhlükəsizliyini təmin edən diplomatik razılıq əldə olunmalıdır. Əgər belə bir razılıq alınmasa, vətəndaşlarımızın təhlükəsizliyi üçün “Hizbullah”a qarşı güc yoluna əl atacağıq”, – nazir vurğulayıb.