İran parlamentinin sədri Məhəmməd Baqir Qalibaf sabah İraqa səfər edəcək.
Globalinfo.az bildirir ki, Qalibaf səfər zamanı regiondakı prosesləri, Tehran və Bağdad arasında strateji əməkdaşlığın gücləndirilməsini, Yaxın Şərqdə sabitlik və təhlükəsizliyin təmin olunması yollarını müzakirə edəcək.
İran parlamentinin sədrinin İraqın yüksək səviyyəli rəsmiləri və dövlət xadimləri ilə görüşləri planlaşdırılıb.(APA)