Türkiyə Superliqasında XVI turun mərkəzi görüşü keçirilib.
Globalinfo.az xəbər verir ki, prinsipial oyunda “Qalatasaray” və “Trabzonspor” komandaları qarşılaşıblar.
Görüşdə 7 qol vurulub. Görüş meydan sahiblərinin 4:3 hesablı qələbəsi ilə yekunlaşıb.
Hesabda geri düşən “Cimbom” nəticədə qalib gəlməyi bacarıb. Xallarını 41-ə çatdıran “Qalatasaray” turnir cədvəlinə başçılıq edir. “Trabzonspor” isə 16 xalla 15-ci pillədə qərarlaşıb.
Türkiyə Super Liqası
XVI tur
“Qalatasaray” – “Trabzonspor” 4:3
Qollar: D. Mertens, 8, Y, Akgün, 29, M. Batşuayi, 69-p. 90+8 – O. Tufan, 17, 55, S. Banza, 51