klub

Türkiyənin “Qalatasaray” klubu Moskvanın “Lokomotiv” komandasının yarımmüdafiəçisi Aleksey Batrakovun transferi üçün danışıqları davam etdirir.

Globalinfo.az xəbər verir ki, bu barədə türkiyəli jurnalist Yağız Sabuncuoğlu danışıb.

“Türkiyə klubu transferi təxminən 20 milyon avroya reallaşdırmaq istəyir, “Lokomotiv” isə 30 milyon avro tələb edir.  Tərəflər arasında oyunçunun qiymətləndirməsində 10 milyon avro fərq qalır”, – deyə o bildirib.

Jurnalistin iddiasına görə, “Qalatasaray”ın prezidenti Dursun Özbək transfer prosesində şəxsən iştirak edir və klub futbolçunu icarəyə deyil, birdəfəlik transfer etmək niyyətindədir.

Qeyd edək ki Aleksey Batrakov “Lokomotiv”in yetirməsidir. O, ötən mövsüm Rusiya Premyer Liqasında vurduğu 13 qolla bombardirlər siyahısında ilk üçlükdə qərarlaşıb. Futbolçunun klubla müqaviləsi 2028-ci ilin yayına qədər qüvvədədir. “Transfermarkt” onun transfer dəyərini 25 milyon avro qiymətləndirir.

Əliyar Xəlil
Globalinfo.az  

Paylaş: