“ABŞ Gürcüstandakı Luqara laboratoriyası və Xəstəliklərə Nəzarət Milli Mərkəzi üçün ayırdığı 2 milyon larilik yardımı dayandırıb”.

Globalinfo.az xəbər verir ki, bunu Gürcüstanın səhiyyə naziri Mixail Sardcveladze açıqlayıb.

Onun sözlərinə görə, maliyyələşmənin dayandırılması bir neçə tədqiqat layihəsinin həyata keçirilməsinə mane olub. Nazir hər şeyə rəğmən iki mərkəzin də fəaliyyətini dayandırmayacağını bildirib.

Qeyd edək ki, hər iki mərkəz Gürcüstanda ABŞ-ın yardımıyla tikilib. Rusiya dəfələrlə bu obyektlərin bağlanması tələbi ilə çıxış edib. Moskvaya görə, adı çəkilən mərkəzlər ABŞ-ın biolaboratoriyalarıdır və burada bioloji silahların sınaqları keçirilir. Gürcüstan bu iddiaları rədd edib.

Əliyar Xəlil
Globalinfo.az

Paylaş: