“Avropa İttifaqı (Aİ) Gürcüstanda xarici agentlər haqqında qanunun qüvvəyə minməsindən narahatdır”.
Globalinfo.az xəbər verir ki, bunu Aİ-nin rəsmi nümayəndəsi Piter Stano deyib.
Onun sözlərinə görə, bu, ölkənin avrointeqrasiya kursunda bir addım geriyə düşməsi deməkdir:
“Biz Gürcüstan hökumətinə maliyyə yardımlarımızı dayandırmaq imkanlarını nəzərdən keçiririk. Artıq bu ölkəyə müdafiə sektorunda ayırdığımız 30 milyon avronu dondurmuşuq”.
Qeyd edək ki, Gürcüstanda xarici agentlər haqqında qanun avqustun 1-də qüvvəyə minib. Artıq Vaşinqton Tbilisi üçün ayıracağı 95 milyon dollarlıq yardımı dondurduğunu açıqlayıb. Gürcü hökuməti bu addımı neqativ adlandırıb və ABŞ-la danışıqlara hazır olduğunu söyləyib. Baş nazir İrakli Kobaxidze isə yaranmış vəziyyətin gələn ilin ortalarından düzələcəyini deyib.
Əliyar Xəlil
Globalinfo.az