
İsraildə “Qafqaz mafiyası” kimi tanınan kriminal qruplaşmanın rəhbəri, Rusiyadan olan 45 yaşlı Yanis Yuşvayev silahlı hücum nəticəsində öldürülüb.
Globalinfo.az xəbər verir ki, hadisə Qeysəriyyə şəhərindəki “Agenda” kafesinin yaxınlığında baş verib. Məlumata görə, hücum edən şəxs özünü təqaüdçü kimi göstərərək Yuşvayevi pusquya salıb və ona atəş açıb.
Ödənişli yolda avtomobil aşdı, 2 nəfər xəsarət aldı – FOTOLAR
Daha sonra mafiozun mühafizəçilərinə də bir neçə dəfə atəş açan şəxs hadisə yerindən uzaqlaşıb. Yuşvayevə qarşı daha əvvəl də sui-qəsd cəhdi olduğu bildirilir. İlk hücumun 2015-ci ildə baş verdiyi, son dövrlərdə isə onun digər kriminal qruplaşmaların rəhbərləri ilə ciddi qarşıdurma yaşadığı qeyd olunur.
İddialara görə, rəqibləri Yuşvayevin öldürülməsi üçün 1 milyon İsrail şekeli mükafat təyin edib. Bu məbləğ təxminən 567 min manata bərabərdir.
Qeyd edək ki, Yuşvayev 2026-cı ilin fevralında rəqiblərinə qarşı hücum hazırlamaqda şübhəli bilinərək Ben-Qurion hava limanında saxlanılmışdı. O, İsrailin mərkəzi bölgələrində fəaliyyət göstərən və üzvlərinin böyük hissəsini Qafqaz mənşəli şəxslərin təşkil etdiyi kriminal qruplaşmaya rəhbərlik edirdi.