qadinlar

“Azərbaycanda qadınların orta aylıq əməkhaqqı miqdarı kişilərdən azdır”.

Globalinfo.az xəbər verir ki, bunu deputat Vüqar Bayramov Milli Məclisin mayın 24-də keçirilən iclasında deyib.

Deputat qadınların aşağı əməkhaqqı almasının pensiya məbləğinə mənfi təsir etdiyini bildirib:

“Ölkədə qadınların orta aylıq əməkhaqqı 739 manat, kişilərdə isə 1066 manatdır. Qadınlara nisbətən kişilər daha çox əməkhaqqı alırlar. Bu amil qadınların sosial yığınmları və pensiyalarına təsir göstərir. Ümumiyyətlə, pensiya strukturunda qadınların sayı azdır. Pensiya yaşında diferensial yanaşma əhəmiyyətli olar. Bir sıra Şərqi Avropa ölkələrində bu var. Qadınlar kişilərdən daha erkən pensiyaya çıxırlar”.

Ayşən Mustafa
Globalinfo.az

Paylaş: