“Müstəqilliyimizin Bərpası Günü münasibəti ilə hər birinizi təbrik edirəm. Bu gün müstəqil siyasət aparmaq çox çətindir. Bunun üçün çalışanlar təzyiqlərlə üzləşirlər”.
Globalinfo.az xəbər verir ki, bu fikirləri Milli Məclisin bu gün keçirilən plenar iclasında çıxışı zamanı deputat Elman Nəsirov deyib.
“ABŞ konqresmenlərinin Azərbaycana qarşı mövqeyini yaxşı bilirik. Buradan ABŞ-a üz tutub deyirəm ki, tənqid etmək üçün gərək adamda buna üz olsun. Məsələn, bu ölkədə uşaqlar haqqında qanuna ratifikasiya edilməsini istəyirəm. Azyaşlılar həbs olunur, bunun qarşısı alınmalıdır. Qadınlar haqqında qanun da ratifikasiya edilməlidir”, – deputat bildirib.
Safura Bənnayeva
Globalinfo.az