Qadın tanınmış məqçini nəyə görə öldürüb? – TƏFƏRRÜAT

Xəbər verdiyimiz kimi, ötən ilin sentyabr ayında Xətai rayonu ərazisində Əfsanə Qalabəyli özündən 13 yaş böyük olan həyat yoldaşı Nurani Qalabəylini çoxsaylı bıçaq zərbələri ilə qətlə yetirib.

Globalinfo.az xəbər verir ki, Əfsanə Qalabəyli məhkəmə ifadəsində idmançı ərini uzun illər davam edən psixoloji və fiziki işgəncələrdən bezərək öldürdüyünü bildirib:

“Məni döyüb-söyməyi bir yana, evə pozğun qadınlar gətirirdi. Bəzən evə gəlməmişdən əvvəl mənə deyirdi ki, hazırlıq gör, qonağım olacaq. Adam gətirib, uşaqları, məni bir otağa salıb, ağzımızı bağlayırdı. Etiraz edəndə isə döyürdü. Birgə nikahdan üçü oğlan biri qız olmaqla dörd övladımız var. Hadisə günü də evə adam gətirmişdi. Dedim, bəsdi, ayıbdı. Dedi, “yaxşı eləyirəm”. Dözə bilməyib öldürdüm”.

Cütlüyün 13 yaşlı oğlu da anasının dediklərini təsdiq edib: “Atam ailəsilə çox pis davranırdı. 5-6 yaşımdan o evdə qışqırıq, söyüş eşitmişəm”.

Qeyd edək ki, qətlə yetirilən Nurani Qalabəylinin atası da gəlinindən şikayətçi olmadığını qeyd edib.

Xatırladaq ki, Nurani Qalabəyli kikboksinq üzrə tanınmış məşqçi olub. O, ölümünə qədər “Sərhədçi” idman kompleksində çalışıb.