
Mingəçevirdə, Havarlı qəbiristanlığında 83 yaşlı qadın dünyasını dəyişib.
Globalinfo.az xəbər verir ki, yaxınlarının məzarını ziyarət edən 1942-ci il təvəllüdlü Nəbiyeva Şövkət Abbas qızı elə oradaca vəfat edib.
İlkin müayinə zamanı yaşlı qadının üzərində hər hansı zorakılıq əlaməti müəyyən olunmayıb.
Faktla bağlı hüquq-mühafizə orqanları tərəfindən araşdırma aparılır.