Azərbaycanda qadın evdən qaçdı: qəribə səbəb – Əri danışdı

“Aygüllə münasibətlərimizdə ciddi bir problem olmayıb”.

Globalinfo.az bildirir ki, bunu itkin düşən Hacıqabul rayon sakini Aygül Soltanovanın həyat yoldaşı Rövşən Soltanov Oxu.az-a açıqlamasında deyib.

Onun sözlərinə görə, ciddi mübahisələri olmayıb:

“Söz-söhbətsiz ailə olmur. Amma elə ciddi bir problemimiz olmayıb. Yanvarın 12-də Aygülün ad günü idi deyə məndən hədiyyə istəmişdi. Dedim ki, maaşı ayın 15-i alacağam. Cavabım xoşuna gəlmədi və hirslə: “Sən indi sabah məni evdə taparsan”, – dedi. Fikir vermədim. Düşündüm ki, qadındır, əsəbiləşib. Ayın 13-ü səhər saat yeddidə işə getmişəm, uşağın dediyinə görə, mənim ardımca da paltarlarını yığıb o çıxıb gedib. Bu günə kimi heç bir xəbər ala bilmirik”.

Rövşən Soltanov qeyd edib ki, bu, həyat yoldaşının acıq edərək, evdən birinci gedişi deyil. Bundan əvvəl həm Hacıqabuldakı qohumlarından birigilə, həm də Bakının Digah kəndində yaşayan qardaşıgilə gedib.