“Qaçqınkom”un qəzeti çap variantını dayandırdı

Qaçqınların və Məcburi Köçkünlərin İşləri üzrə Dövlət Komitəsinin (“Qaçqınkom”) mətbu orqanı “Vətən səsi” qəzeti çap variantını dayandırıb.

Globalinfo.az bildirir ki, “Report”un xəbərinə görə, bu barədə qəzetin baş redaktoru Elşən Əliyev Azərbaycan jurnalistlərinin VIII qurultayında deyib.

O bildiriib ki, sentaybrın 17-dən qəzetin çapı dayandırılıb.