meyit s

Yevlaxda qız qaçıran evli şəxs avtomobilin baqajında ölü tapılıb.

Globalinfo.az “Report”a istinadən bildirir ki, bir müddət əvvəl evli olan, 1988-ci il təvəllüdlü Azər Quliyev sevgi münasibətində olduğu 1996-cı il təvəllüdlü N.Ş-ı (ad, soyad şərtidir) qaçırıb.

Ötən gün qızın qardaşları bacıların arxasınca Abşeron rayonu Qobu qəsəbəsinə gəliblər.

Onlar burada Azər Quliyevi döyərək xəsarətlər yetirib, daha sonra əl-ayağını iplə bağlayaraq avtomobilin baqajında Yevlax şəhərinə gətiriblər.

Yevlaxda Azər Quliyevi avtomobilin baqajından düşürən zaman onun öldüyü məlum olub.

Faktla bağlı cinayət işi başlanılıb, hadisəni törədənlər saxlanılıb.

Paylaş: