Rəşad Dağlı yenidən prokurorluğa gətirildi – YENİLƏNİB

 

 

Qətl törətməkdə şübhəli bilinən meyxanaçı Rəşad Əmirov (Rəşad Dağlı) yenidən Qaradağ Rayon Prokurorluğa gətirilib.

Globalinfo.az “Report”a istinadən xəbər verir ki, o, Bakı Narkoloji Mərkəzində müayinədən keçirilib və daha sonra cinayət baş verən yerə aparılıb.

Hazırda istintaq aparılır.

Bu gün onun barəsində həbs qətimkan tədbirinin seçilməsi gözlənilir.

Qeyd edək ki, qətl hadisəsi noyabrın 9-u saat 05 radələrində Qaradağ rayonu ərazisində qeydə alınıb.

Belə ki, 1984-cü il təvəllüdlü R.Əmirov tanışı, 1979-cu il təvəllüdlü İskəndər Mehtiyevi şəxsi münasibətlər zəminində aralarında yaranan münaqişə zamanı bıçaqla çoxsaylı xəsarətlər yetirərək qətlə yetirib.

Faktla bağlı Qaradağ Rayon Prokurorluğunda Cinayət Məcəlləsinin 120.1-ci (qəsdən adam öldürmə) maddəsi ilə cinayət işi başlanılıb.

R.Əmirov şübhəli şəxs qismində tutularaq istintaqa cəlb edilib.

***

14:15

Qətl törətməkdə şübhəli bilinən meyxanaçı Rəşad Dağlı Bakı Narkoloji Mərkəzində narkotik müayinəsindən keçirilib.

Globalinfo.az APA-ya istinadən xəbər verir ki, müayinədən sonra meyxanaçı cinayət baş verən yerə aparılıb.

Qeyd edək ki, bu gün Qaradağ rayon Prokurorluğunda onun təqsirləndirilən şəxs qismində cəlb edilməsi işləri aparılıb.

Rəşad Dağlı (Əmirov) kimi tanınan məşhur meyxanaçı ötən gün qonşusunu qətlə yetirib. Qaradağ rayonu Lökbatan qəsəbəsində Rəşad Əmirovla qonşusu, 1979-cu il təvəllüdlü İsgəndər Mehdiyev arasında mübahisə zəminində dava düşüb.

Rəşad Əmirov bıçaqla qonşusunun ürəyinə zərbə endirərək onu qətlə yetirib. 1984-cü il təvəllüdlü Əmirov Rəşad Vaqif oğlu polislər tərəfindən saxlanılıb.

***

12:21

Tanışını qətlə yetirməkdə şübhəli bilinən meyxanaçı Rəşad Dağlı (Əmirov) prokurorluğa gətirilib.

Globalinfo.az APA-ya istinadən xəbər verir ki, Qaradağ rayon Prokurorluğunda onun təqsirləndirilən şəxs qismində cəlb edilməsi işləri aparılıb.

Daha sonra Rəşad Dağlının prokurorluqdan hadisə yerinə aparıldığı bildirilir.

***

11:52

Tanışını qətlə yetirməkdə şübhəli bilinən meyxanaçı Rəşad Dağlı (Əmirov) prokurorluğa gətirilib.

Globalinfo.az APA-ya istinadən xəbər verir ki, hazırda Qaradağ rayon Prokurorluğunda onun təqsirləndirilən şəxs qismində cəlb edilməsi işləri aparılır.

Qeyd edək ki, Rəşad Dağlı (Əmirov) kimi tanınan məşhur meyxanaçı ötən gün qonşusunu qətlə yetirib. Qaradağ rayonu Lökbatan qəsəbəsində Rəşad Əmirovla qonşusu, 1979-cu il təvəllüdlü İsgəndər Mehdiyev arasında mübahisə zəminində dava düşüb.

R.Əmirov bıçaqla qonşusunun ürəyinə zərbə endirərək onu qətlə yetirib. 1984-cü il təvəllüdlü Əmirov Rəşad Vaqif oğlu polislər tərəfindən saxlanılıb.

Meyxanaçı Rəşad Dağlı prokurorluğa gətirilib - FOTO - YENİLƏNİB

Qətl törədən meyxanaçı Rəşad Dağlı prokurorluğa gətirilib - FOTO Qətl törədən meyxanaçı Rəşad Dağlı prokurorluğa gətirilib - FOTO