“Rusiya Prezidenti Vladimir Putinin Ermənistandakı daxili siyasi vəziyyətlə bağlı təsəvvürləri yanlışdır, yaxud ona doğru məlumat verilməyib”.
Globalinfo.az xəbər verir ki, bunu Ədalətli Ermənistan Partiyasının rəhbəri Norik Norikyan deyib.
“Vladimir Putin Ermənistanda daxili siyasi proseslərin mürəkkəb olduğunu deyib. Lakin ölkədə daxili siyasət yoxdur, iflic olub, qeyri-adi sakitlik var. Rusiya bununla Ermənistanda öz nüfuzlu qüvvələrini hakimiyyətə gətirmək üçün zəmin hazırlayır”, – N.Norikyan bildirib.
Əliyar Xəlil
Globalinfo.az