Almaniya kansleri Olaf Şolts Rusiya Prezidenti Vladimir Putinlə danışmaq üçün şərtini açıqlayıb.
Globalinfo.az xəbər verir ki, Şolts bu barədə yerli KİV-ə verdiyi müsahibəsində bildirib.
Onun sözlərinə görə, Rusiya Ukraynada hərbi əməliyyatları dayandırsa və qoşunlarını çıxarmağa razılaşsa, o zaman Putinlə danışmağa hazır olacaq.
“Vəziyyəti dəyişdirmək hissi olduqda belə söhbətlərin faydalılığı artır. Odur ki, gələcəkdə müzakirələrin aparılacağını istisna etmirəm”, – deyə Şolts vurğulayıb.
Əliyar Xəlil
Globalinfo.az