Rusiya Prezidenti Vladimir Putin ilə ABŞ Prezidenti Donald Tramp bu axşam Trampın Ukrayna tərəfi ilə görüşünün nəticələrini tez bir zamanda müzakirə etmək barədə razılığa gəliblər.
Globalinfo.az xəbər verir ki, bu barədə Rusiya Prezidentinin köməkçisi Yuri Uşakov dekabrın 28-də brifinqdə məlumat verib.
“Vladimir Putin və Donald Tramp ABŞ prezidentinin bu axşam Mar-a-Laqoda Ukrayna komandası ilə görüşündən sonra telefonla yenidən danışmaq barədə razılığa gəliblər”, – deyə Uşakov bildirib.
Qeyd edək ki, Tramp da Rusiya lideri ilə telefon danışığını məhsuldar adlandırıb.
Tahir Turan
Globalinfo.az