Rusiya Prezidenti Vladimir Putin və Özbəkistan Prezidenti Şavkat Mirziyoyev arasında telefon danışığı baş tutub.
Globalinfo.az xəbər verir ki, bu barədə Kremlin mətbuat xidməti məlumat yayıb.
Məlumata görə, özbəkistanlı lider uğurlu mətbuat konfransı münasibətilə Putini təbrik edib.
“Liderlər bütün sahələr üzrə ikitərəfli əlaqələri daha da inkişaf etdirəcəklərini təsdiqləyiblər”, – məlumatda deyilir.
Özbəkistan prezidenti telefon danışığı zamanı rusiyalı general İqor Kirillovun qətlini alçaq terror aktı adlandırıb.
İki ölkə liderləri terrorizmlə mübarizədə sıx əməkdaşlığı davam etdirmək barədə razılığa gəliblər.
Qeyd edək ki, generalın qətlində təqsirləndirilən özbək əsilli Əhməd Qurbanov fevralın 17-dək həbs edilib.