Rusiya Prezidenti Vladimir Putin ilə Koreya Xalq Demokratik Respublikasının rəhbəri Kim Çen In arasında telefon danışığı olub.
Globalinfo.az xəbər verir ki, bu barədə Kremlin mətbuat xidməti məlumat yayıb.
Telefon danışığı zamanı Putin ABŞ Prezidenti Donald Trampla keçiriləcək görüş barədə məlumat verib. Bundan əlavə, Putin Kurskun azad edilməsində verdiyi dəstəyə görə Kim Çenə təşəkkür edib.
Danışıqların sonunda hər iki lider gələcək şəxsi əlaqələrin davam etdirilməsinə dair razılığa gəlib.