Putinlə Kim Çen İn burada görüşdü

Rusiya Prezidenti Vladimir Putin və Şimali Koreya lideri Kim Çen İn Amur vilayətindəki “Vostoçnıy” kosmodromunda görüşüblər.

Globalinfo.az “Report”a istinadən bildirir ki, bu barədə TASS-a istinadən xəbər verir.

Kim Çen İni Rusiya Federasiyası və KXDR hökumətlərarası komissiyasının rəhbəri, Rusiyanın təbii sərvətlər və ekologiya naziri Aleksandr Kozlov və ölkənin Xarici İşlər Nazirliyinin dövlət protokolu departamentinin direktoru İqor Boqdaşev qarşılayıblar.

KXDR lideri Putinə “məşğul olmasına baxmayaraq” Rusiyaya səfərə dəvətə görə təşəkkür edib.

Bundan sonra Putin və Kim Çen İn arasında həm nümayəndə heyətlərinin iştirakı ilə, həm də ola bilsin, təkbətək danışıqlar aparılacaq. Rusiya Prezidentinin mətbuat katibi Dmitri Peskov əvvəllər deyib ki, görüşdə ikitərəfli əməkdaşlıq məsələləri, o cümlədən ticarət-iqtisadi əlaqələr və mədəni mübadilələr müzakirə olunacaq, həmçinin regiondakı vəziyyət və ümumilikdə beynəlxalq məsələlərlə bağlı zəngin fikir mübadiləsi aparılacaq.