Slovakiyanın Baş naziri Robert Fitso 9 mayda Moskvaya səfəri zamanı Rusiya Prezidenti Vladimir Putinlə görüşə bilər.
Globalinfo.az xəbər verir ki, bu barədə o, tələbələrlə müzakirə zamanı bildirib.
“9 mayda Rusiya Prezidenti ilə görüşə gedirəm”, – Fitso qeyd edib.
O deyib ki, rusiyalı həmkarı ilə Ukraynadakı münaqişənin tezliklə həll edilməsinin vacibliyini müzakirə etmək istəyir.
Baş nazir hesab edir ki, bu, yalnız diplomatik yolla həll edilə bilər.
Əliyar Xəlil
Globalinfo.az