Zelenski Putinlə danışıqlara hazır olduğunu bəyan etdi

1651064296 putin zelenskiy

“Tramp Kiyevin təhlükəsizliyinə zəmanət versə, Vladimir Putinlə danışıqlar aparacağıq”.

Globalinfo.az xəbər verir ki, bunu Ukrayna Prezidenti Volodimir Zelenski “Bloomberg”ə deyib.

Zelenskinin sözlərinə görə, o, Rusiyanın iştirakı olmadan müharibəni diplomatik yolla həll etməyin mümkün olmadığını bilir:

“Buna görə də Donald Trampın təhlükəsizlik barədə zəmanəti qarşılığında danışıqlar masasına əyləşməyə hazırıq”.

Əliyar Xəlil
Globalinfo.az