Putinlə danışan amerikalı: “Navalnının ölümü…”

Amerikalı jurnalist Taker Karlson rusiyalı siyasətçi Aleksey Navalnının ölümündə Rusiyanın əli ola biləcəyinə inananları təhqir edib.

Globalinfo.az xəbər verir ki, o, həmin şəxsləri axmaq adlandırıb.

“Onlar həqiqətən də heç nə bilmirlər. Bu o şəxslərdir ki, Ukraynanın qalib gələcəyini deyirdilər”, – T.Karlson bildirib.

Qeyd edək ki, T.Karlson Putindən müsahibə aldığı üçün gündəmə gəlmişdi.

Zaira Akifqızı
Globalinfo.az