250228 trump zelenskyy mn 1235 953b90

Jurnalistlərin ABŞ Prezidenti Donald Trampla Rusiya Prezidenti Vladimir Putin arasında mümkün görüşlə bağlı sualına cavabdan sonra Ukrayna lideri Volodimir Zelenskinin davranışında dəyişiklik müşahidə olunub.

Globalinfo.az xəbər verir ki, bu iddia ilə “RİA Novosti”nin müxbiri çıxış edib.

O bildirib ki, Zelenski Amerika lideri ilə görüşə gələrkən yüksək əhvali-ruhiyyədə olub, gülümsəyib və özünü rahat aparıb. Lakin media nümayəndələri Trampa Putinlə mümkün görüş barədə suallar ünvanlamağa başlayandan sonra Ukrayna liderinin ovqatı dəyişib.

Qeyd olunur ki, Trampın görüşün “şəraitdən asılı olduğu” barədə açıqlamasından sonra Zelenski daha da gərginləşib.

Tahir Turan
Globalinfo.az

Paylaş: