3a1b6a3e 34ae 4cda 82e9 00c03e8e5009

Britaniya kəşfiyyat orqanları Macarıstanda Putinə qarşı sui-qəsd hazırlaya bilər”.

Globalinfo.az xəbər verir ki, bu barədə keçmiş SVR polkovniki Andrey Bezrukov “Rossiya 1” kanalında yayımlanan “Vladimir Solovyovla bazar axşamı” verilişində danışıb.

“Budapeştə getməyin. Budapeştlə bağlı çox ciddi narahatlığım var”, – deyə o xəbərdarlıq edib.

Keçmiş kəşfiyyatçının sözlərinə görə, Londondakı hakim elita ölkənin zəifləməsi səbəbindən riskli addımlar ata bilər:

“Onlar üçün bizə zərbə, o cümlədən Budapeştdə həyata keçirilə biləcək tamamilə xain əməliyyat qərardır. Onlar hər şeyi riskə atacaqlar”.

Bezrukov sammit üçün Birləşmiş Ərəb Əmirliklərini daha təhlükəsiz alternativ kimi təklif edib.

Tahir Turan
Globalinfo.az

Paylaş: