Putinin xəyanətini bağışlamadığı Priqojinin heykəli ucaldılır? – FOTO

“Vaqner” özəl hərbi şirkətinin yaradıcısı Yevgeni Priqojinin abidəsi Rusiyanın Krasnodar vilayətinin Qoryaçi Klyuç şəhərində ucaldıla bilər.

Globalinfo.az xəbər verir ki, bu barədə Rusiya media strulturları məlumat yayıb.

Belə ki, sosial şəbələrin Rusiya seqmentində Yevgeni Priqojin və şirkətin digər təsisçisi, komandir Dmitri Utkinin heykəllərinin görüntüsü yayılıb.

Postamentdə onların döş nişanları da əks olunub.

Xatırladaq ki, ötən il avqustun 23-də “Vaqner”in rəhbərləri Yevgeni Priqojin və Dmitri Utkin  təyyarə qəzasında həlak olmuşdular.

Ayşən Mustafa
Globalinfo.az