Putinin xalqa müraciətinin pərdəarxası – ŞƏRH

“Kreml sahibinin son çıxışı cəmiyyətini sakitləşdirmək və “mən ölkəyə nəzarəti itirməmişəm” mesajını səsləndirmək məqsədi daşıyırdı”.

Globalinfo.az xəbər verir ki, bu sözləri politoloq Elxan Şahinoğlu Rusiya lideri Vladimir Putinin müraciəti haqda qeyd edib.

Politoloq bildirib ki, ancaq Putinin imicinin zədələndiyi aşkardır, yoxsa qısa müddət ərzində iki dəfə vətəndaşlarına müraciət etməzdi.

Qeyd edək ki, Rusiya Prezidenti Vladimir Putin az öncə xalqa müraciət edərək, “Vaqner”in üsyana cəhdi və onun nəticələri haqda danışıb.