tag reuters.com2022 newsml LYNXMPEIB209E 12022 12 03T193357Z 1 LYNXMPEIB209E RTROPTP 3 RUSSIA PUTIN

Bildiyimiz kimi bu gün Rusiya Prezidenti Vladimir Putin xalqa müraciətində deyib.

Globalinfo.az Putinin bugünkü çıxışından əsas nüansları təqdim edir:

▪️Vətəndaş həmrəyliyi göstərdi ki, istənilən şantaj, fitnə salmaq cəhdləri uğursuzluğa məhkumdur, cəmiyyət ən yüksək konsolidasiya nümayiş etdirdi.

▪️Silahlı üsyanın ilk günlərindən yaranmış təhlükənin zərərsizləşdirilməsi, vətəndaşların həyat və təhlükəsizliyinin qorunması üçün lazımi tədbirlər görülüb.

Hər halda üsyan yatırılardı, qiyamın təşkilatçıları bunu başa düşməyə bilməzdilər. Onlar da başa düşürdülər ki, ölkəni parçalayan, zəiflədən cinayət əməlləri törədiblər.

▪️Rusiyanın düşmənləri – Kiyevdəki neonasistlər və onların Qərb himayədarları Rusiyada qardaş qırğını istəyirdilər ki, Rusiya sonda uduzsun.

▪️Vaqner döyüşçülərinin və komandirlərinin böyük əksəriyyəti xalqa və dövlətə bağlı Rusiyanın vətənpərvərləridir, qaranlıqda onlardan istifadə etməyə çalışırdılar.

▪️Qardaş qanı törətməyən həmin “Vaqner” döyüşçülərinin Müdafiə Nazirliyi ilə müqavilə bağlayaraq xidmətini davam etdirmək, vətənə qayıtmaq və ya Belarusa getmək imkanı var.

▪️Bu günlərdə həlledici rol oynayan vətəndaşların vətənpərvərlik əhval-ruhiyyəsi və cəmiyyətin konsolidasiyası idi, bu dəstək ən çətin sınaqlardan birlikdə çıxmağa imkan verdi.

 

 

Paylaş: