Rus elitası silkələnir: Putin varisini elan etdi – Şok isim

“Vladimir Putinin keçmiş mühafizəçisi Aleksey Dyuminin prezident köməkçisindən sonra Dövlət Şurasının katibi seçilməsi elitanı ciddi şəkildə narahat edir”.

Globalinfo.az xəbər verir ki, bunu rusiyalı politoloq Sergey Markov deyib.

Politoloq bildirib ki, elita Putinin prezident postu üçün varis kimi Dyumini seçdiyini düşünür:

“Uzun müddətdir belə söz-söhbətlər dolaşır. A.Dyuminin həm Putinin təhlükəsizlik xidmətinin əməkdaşı, həm də xüsusi xidmət zabiti kimi təcrübəsi var. Daha sonra isə Tula qubernatoru kimi özünü sübut etdi. İndi Dyumin Dövlət Şurasının katibi olaraq federal səviyyədə Rusiyanın əsas elitasına rəhbərlik edəcək. Bu, çoxlarının fikrincə, Putinin Dyumini Rusiyanın gələcək prezidenti kimi görməsi fikrini təsdiqləyir”.

Xatırladaq ki, Putin bu gün general-polkovnik A.Dyumini Dövlət Şurasının katibi təyin edib.

Ayşən Mustafa
Globalinfo.az