kby

Rusiya prezidenti Vladimir Putinin gimnast Alina Kabayeva ilə münasibətdə olduğunu ilk dəfə 2008-ci ildə yazan rusiyalı jurnalist Qriqori Nexoroşev şübhəli şəraitdə vəfat edib.

Globalinfo.az Publika.az-a istinadən xəbər verir ki, bu barədə “Delfi” xəbər agentliyi məlumat yayıb.

11 ildir Latviyada mühacirətdə yaşayan 69 yaşlı Nexoroşev bağından yığdığı göbələkləri yedikdən sonra zəhərlənib. Lakin qohumları təcrübəli jurnalistin göbələkləri çox yaxşı tanıdığını vurğulayıblar.

“Putinin şəxsi düşməni” kimi tanınan və Rusiya agentləri tərəfindən sui-qəsddən qorxduğu bildirilən Nexoroşevin qəfil ölümü şübhələrə səbəb olub.

Putinin Kabayevadan iki övladı olduğu və bu münasibətləri ictimaiyyətdən gizlətdiyi iddia edilir. Digər tərəfdən, jurnalistin ölümü bir daha Kreml əleyhdarlarını hədəf alan zəhərlənmə hallarına diqqət çəkib.

Paylaş: