Putinin Rusiyada əhali arasında reytinqi aşağı düşüb.
Globalinfo.az xəbər verir ki, bu məlumatı Ümumrusiya İctimai Fikrin Tədqiqatı Mərkəzi keçirdiyi sorğudan sonra yayıb. Mərkəz bildirib ki, Rusiya liderinin reytinqi bir həftədə 3,5% azalıb və 73,6%-ə düşüb. Putinə etimadda 2,6% azalaraq 78,2%-ə geriləyib.
Mərkəz bildirib ki, bu, Rusiyanın Ukraynada müharibə başlatmasından sonra ən böyük geriləmə sayılır.
Qeyd edək ki, Rusiyada bütün reytinq sorğuları Kremlin nəzarətindədir. Bu da Putinin gerçək reytinqini müəyyənləşdirməkdə problem yaradır. Lakin onun opponentləri deyirlər ki, Putinin əhali arasında etimadını qorumaqdan ötrü indiki hakimiyyət həddən çox vəsait xərcləyir. Bununla belə Ukrayna müharibəsinin iqtisadiyyat üzərində təzyiqi bu imkanları bir qədər məhdudlaşdıracağı güman olunur.
Əliyar Xəlil
Globalinfo.az