Putinin qızının müsahibəsi dünyanı şok etdi – Mariya niyə indi üzə çıxdı?

Rusiya prezidenti Vladimir Putinin böyük qızı, 38 yaşlı Mariya Vorontsova “ProScience” podkastının növbəti buraxılışında sualları cavablandırıb.

Globalinfo.az xəbər verir ki, o, müsahibəsində əsasən elm, tibb və genetik sahədə apardığı tədqiqatlardan, xüsusən də insan genetikasının öyrənilməsindən danışıb.

Ancaq Vorontsova Rusiyanın Ukraynaya qarşı apardığı müharibə haqqında bir kəlmə də danışmayıb və atasının adını çəkməyib. Mariya Vorontsova bir neçə il Almaniyada, sonra Rusiyada yaşayıb və təhsil alıb. Daha sonra Hollandiyada olub. Rusiyanın Ukraynaya qarşı müharibəsi başladıqdan sonra Putinin hər iki qızı, Mariya Vorontsova və Yekaterina Tixonova sanksiyalarla üzləşib.

Qeyd edək ki, Putinin böyük qızı ilə müsahibə alman mediasının qəzəbinə səbəb olub. Bu, qəribə və hədsiz və şok müsahibə kimi xarakterizə olunub. Hətta Almaniyanın “Der Spiegel” nəşri “Putinin qızı insan həyatının dəyəri haqqında qəribə müsahibə verdi” başlıqlı yazı dərc edib. Buna səbəb Vorontsovanın Rusiyanı insan mərkəzli dövlət adlandırması, lakin atasının Ukraynaya qarşı apardığı amansız müharibəni xatırlamaması olub.

Bundan başqa Almaniyanın “ntv” telekanalı Rusiyanın Ukraynaya qarşı apardığı müharibədə verilən qurbanlar fonunda Putinin qızı ilə müsahibəni şok adlandırıb. Alman jurnalistləri Vorontsovanın arzusu ilə bağlı dediklərinə diqqət yetiriblər və onun müsahibəsində müharibə mövzusuna toxunmamasını kinli addım kimi dəyərləndiriblər.

Əliyar Xəlil
Globalinfo.az