Qarabağla bağlı balans həmin gün pozuldu – Baqratyan

“Xalqımız Qarabağın verilməsinə qarşı ola bilər, amma biz reallığa baxmalıyıq. Reallıq odur ki, strateji müttəfiqimiz bizdən üz çevirib”. 

Globalinfo.az xəbər verir ki, bunu Ermənistanın hakim Mülki Müqavilə Partiyasının deputatı Sergey Baqratyan deyib.

“Status-kvonu strateji müttəfiqimizlə birgə fəaliyyət nəticəsində saxlaya bildik. Lakin müttəfiqimizin lideri (Rusiya Prezidenti Vladimir Putin nəzərdə tutulur – red.) Qarabağı Azərbaycanın tərkib hissəsi hesab etdiyini deyəndə regionda balans pozuldu. Əgər arzuların arxasınca düşüb, əsl dövlət torpaqlarında möhkəm dayanmasaq, xalq bunu biz bağışlamayacaq”, – o bildirib.

O, Paşinyanın Azərbaycana ərazi iddiası olmadığını söyləyib:

“Reallıq odur ki, sülh müqaviləsi imzalanmalıdır. Bundan başqa, əgər Qarabağdakı ermənilər öz haqlarını müdafiə edə bilsələr, biz bütün məsələlərdə onların yanında olacağıq”.

İlkin Həsənov
Globalinfo.az