Rusiya Prezidenti Vladimir Putin ordunun ştat sayının artırılması ilə bağlı yeni fərman imzalayıb.
Globalinfo.az bildirir ki, fərmana əsasən, Rusiya Silahlı Qüvvələrinin ümumi ştat sayı 2 milyon 426 min 130 nəfərə çatdırılıb.
Hərbi qulluqçuların sayı isə 1 milyon 510 mindən 1 milyon 535 min nəfərə yüksəldilib.
Sənəd 1 avqustdan qüvvəyə minəcək. Fərmanda qeyd olunur ki, dəyişikliklər Rusiya Silahlı Qüvvələrinin tərkibində hərbi-tikinti bölmələrinin yaradılması ilə əlaqədardır.
Qeyd edək ki, bundan əvvəl ordunun ştat sayının 2 milyon 399 min 130 nəfərə çatdırılması barədə fərman cəmi bir neçə həftə əvvəl imzalanıb. Həmin qərarın səbəbi açıqlanmayıb.
Beləliklə, son altı ay ərzində bu, Rusiya ordusunun sayının artırılması ilə bağlı üçüncü, Rusiya-Ukrayna müharibəsi başlayandan bəri isə altıncı belə qərardır.
Əliyar Xəlil