Ukraynadakı çoxsaylı məğlubiyyətlər Rusiya Prezidenti Vladimir Putinin narazılığını artırıb. Buna görə də o, hərbi komandanlıqda kadr dəyişikliyi barədə əmr verib.
Globalinfo.az xəbər verir ki, bu barədə məlumatı ABŞ Müharibə Tədqiqatları İnstitutu yayıb.
İnstitut xüsusilə general-polkovnik Rüstəm Muradovun Şərq Hərbi Dairəsinin Komandanlığından qovulmasını bununla əlaqələndirib. Belə ki, Muradovun qovulmasına əsas şəraiti Uqledardakı məğlubiyyət yaradıb. Məhz bu döyüşdə Rusiya ordusu əhəmiyyətli miqdarda hərbi texnika və hərbçi itirib.
Putinin ordu generalı Aleksandr Dvornikovu da bu səbəbdən ordudan qovduğu bildirilib. Məhz Dvornikov 2022-ci ilin aprelinə qədər Ukraynadakı əməliyyatlara nəzarət edib.
İnstitut eyni səbəblərlə qovulanlar siyahısına general-polkovnik Aleksandr Juravleyevin də adını əlavə edib.
Qeyd edək ki, Rüstəm Muradov əslən Tabasarandandır. O, Qarabağdakı Rusiya sülhməramlılarının ilk komandanı olub.
İlkin Həsənov
Globalinfo.az