653477a1baeb6653477a1baeb71697937313653477a1baeb4653477a1baeb5 1

“Putinin apardığı müharibə öz məqsədlərinə çatmayıb. Lakin Ukrayna qalib gələnə qədər biz rahat ola bilmərik”.

Globalinfo.az xəbər verir ki, bunu ABŞ prezidenti Co Bayden deyib.

O bildirib ki, Ukraynaya dəstəyin davam etdirilməsi zəruridir.

“Putinin müharibəsi əsas məqsədinə çatmayıb. O, Ukraynanı məhv etməyə çalışırdı. Amma Ukrayna hələ də azaddır.  Putin NATO-nu zəiflətməyə çalışırdı, lakin NATO iki yeni üzvlə əvvəlkindən daha böyük, güclü və bütövdür. Ancaq biz yenə də rahatlaya bilmərik. Dünya indi başqa seçim qarşısındadır. Biz Ukraynaya müharibədə qalib gəlməsi üçün kömək edirik. ABŞ təcavüzün bərpa olunmasına və millətin məhvinə imkan verə bilməz. Ukrayna ədalətli və davamlı sülhə nail olana qədər Kiyevə dəstəyimizi zəiflətməyəcəyik”, – deyə Bayden vurğulayıb.

Müşviq Tofiqoğlu,
Globalinfo.az

Paylaş: